
Taksi sürücüləri kartla ödənişlər olan sifarişləri qəbul etmirlər.
Aksin.info-nun məlumatına görə, bu vəziyyət sərnişinlərin narazılığına səbəb olub.
Sərnişinlər bildirirlər ki, bir çox hallarda sürücülər kartla ödəniş olduqda sifarişi ləğv etməyi tələb edirlər. Hətta sifarişi qəbul edib ünvana getməyən sürücülər də az deyil. Onların bəziləri bu barədə sosial şəbəkələrdə paylaşım edir, üstəlik sərnişinləri təhqir etməkdən də çəkinmirlər.
“Bolt” şirkətindən isə bildirilir ki, sürücü və ya sərnişin tərəfindən qaydalara zidd davranışlar – məsələn, kartla ödənişin qəbul edilməməsi, iki ünvandan imtina və ya qeyri-etik hərəkətlər baş verdikdə, bu barədə tətbiq vasitəsilə şikayət göndərmək mümkündür.
Şirkətin dəstək xidməti bütün müraciətləri araşdırır və təsdiqləndiyi halda müvafiq tədbirlər görür.