
“Mançester Siti” “Real Madrid”in futbolçusu Vinisius Junioru transfer etmək üçün hərəkətə keçib.
Aksin.info xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın futbolçunun transfer edilməsi üçün təlimat verdiyi iddia edilir. İddialara görə, İngiltərə nəhəngi Vinisiusu almaq üçün bir sıra ulduz futbolçularını da klubdan göndərməyə razılıq verib.
Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ildə yekunlaşır. Tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyib. Tərəflərin məvacib məsələsində razılaşmadığı irəli sürülüb. Məlumata görə, futbolçu Kilian Mbappenin aldığı qədər məvacib və bonuslar tələb edir, klub isə bundan imtina edib.