
Sabah Şəkinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Aksin.info-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, Şəki şəhər S.Rəhman küçəsi ünvanında yerləşən Nəcəfov Toğrul Yaşar oğluna məxsus qeyri-yaşayış sahəsinin qarşısından keçən D-57 mm-lik aşağı təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək həmin küçədə 231 abonentin qaz təchizatı dayandırılacaq.