
“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib.
Aksin.info xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb.
“Sabah” (81 xal) 302-dən 296-ya yüksəlib.
“Araz-Naxçıvan” (66.5) 355-dən 391-ə, “Zirə” (65.5) isə 380-dən 407-yə düşüb.