
ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları Rusiya iqtisadiyyatına ciddi təsir etməyəcək.
Aksin.info xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. Putin ABŞ-nin bu addımı ilə münasibətlərə zərər verdiyini ifadə edib. Amerikalı həmkarı Donald Trampın Budapeştdə keçirilməsi planlaşdırılan sammitin ləğvi ilə bağlı açıqlamasına münasibət bildirən Putinin sözlərinə görə, müharibəyə davam etməkdənsə, danışıqlar aparmaq daha yaxşıdır. Putin Macarıstanda görüşmək təklifinin ABŞ-dən gəldiyini ifadə edib.
Putin sammitə intensiv hazırlığın vacibliyini vurğulayıb. Ukraynanın Rusiya ərazisinə uzaqmənzilli raketlərlə hücum edəcəyi təqdirdə gərginliyin daha da artacağını qeyd edən Putin, Rusiyanın buna güclü şəkildə cavab verəcəyini qeyd edib.