
Lənkəranda elektrik cərəyanı vurma hadisəsi olub.
Aksin.info oxu.az-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun ucqar dağ kəndi olan Gərgiranda qeydə alınıb.
Belə ki, mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Əmənovu elektrik cərəyanı vurub.
O ətrafda olan şəxslərin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.