
Azərbaycandan ölkəmizə qayıdan hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə tədbirlərini Gürcüstan tərəfi ilə birlikdə yaxından izləyirik.
Aksin.info xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “X”də yazıb.
“Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə və yaxınlarına səbir diləyirəm. Əziz millətimizin başı sağ olsun”, – o bildirib.