
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib.
Aksin.info xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Gənclər və idman naziri Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində səs çoxluğu ilə yenidən həmin qurumun prezidenti seçilib.