
Azərbaycanda bank kartları vasitəsilə aparılan ödənişlərdə problemlər müşahidə olunur.
Aksin.info-nun məlumatına görə, bu barədə oxucular tərəfindən şikayətlər daxil olub.
Bildirilir ki, hazırda mobil tətbiqlər üzərindən ödəniş həyata keçirmək mümkün deyil. Problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, marketlərdə və Bakı metrosunda nağdsız ödənişlərlə bağlı problemə görə sıxlıq yaşanıb.
Zaur Əliyev / Aksin.info